Renault komandası yeni bolidini qeyri-adi üsulla təqdim edib

Avtoxəbər / Manşet14-02-2020, 08:00 149 dəfə oxunub
Renault komandası yeni bolidini qeyri-adi üsulla təqdim edib

YPX.AZ xəbər verir ki, Renault Motorsport komandası yeni mövsümdə istifadə edəcəyi avtomobil və qarşıda duran vəzifələr haqqında danışmaq üçün, fevralın ayının 12-də Renault markasının Şanzalizedə yerləşən salonunda mətbuat konfransını keçirib.

Təqdimat bir il əvvəl olduğu kimi eyni gündə - şirkətin qurucusu Lui Renonun 143 illiyi qeyd edilən gündə baş tutub. Komandanın rəhbərliyi və pilotları yeni planları haqqında danışaraq,  jurnalistlərin suallarını cavablandırıblar. Ən maraqlısı odur ki, Renault yeni bolidini nümayiş etdirməyib.

Komanda yalnız yeni avtomobilin qurğularının fərdi şəkillərini nümayiş etdirib. Şəkillərdən göründüyü kimi, qış testlərində iştirak edəcək bolid müvəqqəti livreyaya malikdir. Bununla belə, komanda sınaqların əvvəlinə avtomobilin hazır olacağını bildirib.

İstinad edildi: autograph