“Toyota” Çində yeni şirkət yaradır

Avtoxəbər6-06-2020, 17:56 239 dəfə oxunub
“Toyota” Çində yeni şirkət yaradır

Yaponiyanın avtomobil istehsalçısı “Toyota” dünyanın ən böyük elektrikli avtomobil bazarı olan Çində 5 fərqli şirkət ilə elektrikli avtomobillərin istehsalı üzrə əməkdaşlıq edəcək.

YPX.AZ xəbər verir ki, “Toyota” yeni zavodda yanacaq sisteminin elementlərini istehsal edəcək. 

Məlumata görə, “Toyota”, “FAW”, “Dongfeng”, “Beijing Automotiv”, “GAC” və “Beijing SinoHytec” tərəfdaşlığı ilə yaradılan şirkətin mərkəzi Pekin şəhərində yerləşəcək. 46 milyon ABŞ dolları məbləğində investisiya ilə qurulan şirkətin 65%-I “Toyota”ya məxsus olacaq.

İstinad edildi: Report