Narkomanlıqdan xilas olunanlar işsiz qalmayacaq

Cəmiyyət13-02-2020, 15:46 60 dəfə oxunub
Narkomanlıqdan xilas olunanlar işsiz qalmayacaq

Narkomaniyadan xilas olunanlar işlə təmin olunacaqlar.

YPX.AZ xəbər verir ki, bu barədə "Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2020-ci il üçün İş planı"nda qeyd olunub.

Belə ki, narkomanlıq xəstəliyindən azad olan insanların cəmiyyətə inteqrasiyası və məşğulluğunun təmin edilməsi nəzərdə tutulub. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Daxili İşlər Nazirliyinə və Səhiyyə Nazirliyinə aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə tapşırıqlar verilib.

İstinad edildi: Report