Bakıda 7 marşrut xətti üzrə müsabiqə şərtləri açıqlandı

Cəmiyyət14-02-2020, 12:28 59 dəfə oxunub
Bakıda 7 marşrut xətti üzrə müsabiqə şərtləri açıqlandı

Bakı Nəqliyyat Agentlliyi 12, 24, 32, 35, 67, 93 və 211 nömrəli müntəzəm marşrut xətləri üzrə elan etdiyi müsabiqənin şərtlərini açıqlayıb. 

YPX.AZ xəbər verir ki, məlumata görə, şərtlərlə Agentliyin internet səhifəsinin müsabiqələr bölməsində tanış olmaq mümkündür. 

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcək. Müsabiqədə iştirak etmək istəyənlər 24 fevral 2020-ci il, saat 17:00-a qədər Agentliyə ərizə ilə mürciət etməlidirlər.

İstinad edildi: Report