Müdafiə Nazirliyi: "Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib"

Gündəm / Manşet13-07-2020, 01:15 23 302 dəfə oxunub
Müdafiə Nazirliyi: "Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib"

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib.

YPX.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. 

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini yenidən artileriya atəşinə tutub.

Azərbaycan Ordusu adekvat cavab tədbirləri həyata keçirir.