“Dağlıq Qarabağda döyüşlər başlasa, Rusiya Ermənistanı dəstəkləməyəcək” – MARKOV

Gündəm / Manşet30-07-2020, 17:14 46 332 dəfə oxunub
“Dağlıq Qarabağda döyüşlər başlasa, Rusiya Ermənistanı dəstəkləməyəcək” – MARKOV

YPX.AZ xəbər verir ki, Rusiya Federasiyasının İctimai Palatasının beynəlxalq əməkdaşlıq və ictimai diplomatiya üzrə komissiyalarası işçi qrupunun sədri  Sergey Markov öz “Feysbuk” səhifəsində Azərbaycanla Türkiyənin hərbi əməkdaşlığından, Ermənistanla yaranmış gərginlikdən bəhs edərək yazıb: 

“Azərbaycan ilə Türkiyə birgə təlimlər keçirlər. Artilleriya atəşləri və hərbi aviasiya ilə birlikdə. 29 iyuldan avqustun 10-na qədər. Türkiyə rəhbərliyi bildirib ki, Azərbaycnla Ermənistana arasında hərbi münaqişənin alovlanacağı təqdirdə Türkiyə Azərbaycana genişmiqyaslı hərbi dəstək verəcək.  Əgər hərbi əməliyyatlar Ermənistan ərazisinə keçərsə, Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi Ermənistana hərbi kömək göstərməyə borcludur. Əks halda, KTMT nəyə lazımdır? Buna görə də, bütün dünyanın hərbi analitikləri Rusiya ilə Türkiyə arasında hərbi qarşıdurmanın ola biləcəyini sual edirlər. Mənim cavabım belədir – yox. Çünki Azərbaycanı Ermənistan yox, Dağlıq Qarabağ maraqlandırır.

Hərbi əməliyyatlar Dağlı Qarabağın ərazisində keçirilsə, Rusiya Ermənistanı dəstəkləməyəcək, çünki Dağlıq Qarabağı Azərbaycan ərazisi olaraq tanıyıb”.

//Hurriyyet.org