Azərbaycan - Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - FOTO/VİDEO

Gündəm / Manşet2-08-2020, 15:28 17 359 dəfə oxunub
Azərbaycan - Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - FOTO/VİDEO

Hərbi əməkdaşlıq haqqında sazişə əsasən, ölkəmizdə keçirilən Azərbaycan - Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi keçirilib.

Müdafiə Nazirliyindən YPX.AZ-a verilən məlumata görə, plana əsasən, tapşırıqların yerinə yetirilməsinin operativliyi və koordinasiya edilməsi, qarşılıqlı fəaliyyətin və uzlaşmanın təşkili, döyüş əməliyyatları zamanı təminatın həyata keçirilməsi, eləcə də şəxsi heyətin, silah və döyüş texnikasının səmərəli fəaliyyəti yoxlanılıb.

Təlimin ssenarisinə uyğun olaraq, təyin edilmiş məntəqələrə çıxarılan motoatıcı və zirehli texnika bölmələri tapşırıqları icra ediblər.

Təlimlər davam edir.








Sizin üçün tövsiyyə edilən VİDEO: