Azərbaycan Respublikasi Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AÇIQLAMA

Gündəm / Manşet10-02-2020, 10:41 301 dəfə oxunub
Azərbaycan Respublikasi Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AÇIQLAMA

2020-ci il fevral ayının 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər zamanı daxili işlər orqanları tərəfindən qanunla müəyyən olunmuş vəzifələrin icrası təmin edilmiş, təhlükəsizlik və hüquq qaydası etibarlı qorunmuşdur.

Saat 19.00-a olan müddətə ictimai asayişin kobud surətdə pozulması, seçki prosesinə polisin qanunsuz müdaxilə etməsi faktı qeydə alınmamışdır.
Polis, yalnız Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş halda – rəsmi dəvət əsasında seçki məntəqələrinə gəlib asayişi bərpa etmiş, qanunauyğun tədbirlər görmüşdür.

YPX.AZ