DİN-dən Elza Seyidcahanla bağlı açıqlama

Gündəm / Manşet12-02-2020, 13:23 1 121 dəfə oxunub
DİN-dən Elza Seyidcahanla bağlı açıqlama

Fevralın 9-u parlament seçkilərində namizədliyini 54 saylı Şabran-Siyəzən seçki dairəsindən irəli sürən əməkdar artist Elza Seyidcahan seçki günü bacısı və özünün döyülməsi ilə bağlı iddiasına DİN-dən reaksiya verilib.

YPX.AZ xəbər verir ki, DİN mətbuat xidmətindən verilən məlumata görə, hadisə ilə əlaqədar araşdırmaya başlanılıb.

“Bu haqda Şabran Rayon Polis Şöbəsinə müraciət olunub. Hazırda bu məsələ ilə bağlı araşdırmalar aparılır” deyə, cavabda qeyd edilib.

Xatırladaq ki, Elza Seyidcahan seçki günü özünün və bacısının təzyiqə məruz qalması ilə bağlı video paylaşmışdı. Video-görüntüdə onun xəsarət aldığı bildirilirdi.

İstinad edildi: Axar.az