Karantin rejimi sərtləşdiriləcəkmi? - RƏSMİ

Gündəm / Manşet22-05-2020, 18:09 674 dəfə oxunub
Karantin rejimi sərtləşdiriləcəkmi? - RƏSMİ

“Yaranmış situasiya xüsusi karantin rejiminin sərtləşdirilməsinə əsas vermir. Qərargah sərtləşməyə qayıtmağı zəruri hesab etmir”.

YPX.AZ xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Doğrudur, şənbə və bazar günlərində məhdudiyyətlər ilə bağlı təkliflər var. Amma nə sərtləşdirmə, nə də yumşalma ilə bağlı hələ ki zəruri heç nə yoxdur”, - İ.Məmmədov deyib.