Evdən 20 000 manat pul oğurladı və saxlanıldı

Hadisə / Manşet11-12-2019, 18:01 94 dəfə oxunub
Evdən 20 000 manat pul oğurladı və saxlanıldı

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Qaradağ rayonu ərazisindəki evlərin birindən 20.000 manat oğurlamaqda şübhəli bilinən Ə.Heydərov saxlanılmış, daha bir nəfərin şəxsiyyəti müəyyən edilmişdir.

Qaradağ RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 6-da rayon ərazisindəki evlərin birindən 20.000 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Heydərov saxlanılmış, əvvəllər məhkum olunmuş daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir.

YPX.AZ