Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub

Hadisə / Manşet16-09-2020, 11:46 372 dəfə oxunub
Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub

Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 45 kvadrat metr olan iki otaqlı mənzilin bir otağının yanar konstruksiyaları 18 kvadrat metr sahədə yanıb.

YPX.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizin üçün tövsiyə olunan video: