Hadisə

Ağstafada baş verən qəzada iki nəfər xəsarət alıb

9
13-02-2020, 19:31

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

YPX.AZ xəbər verir ki, rayonun Vurğun qəsəbəsində “VAZ” markalı minik maşını ilə “Ford transit” markalı yük maşını toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü  xəsarət alaraq, xəstəxanaya yerləşdirilib. 

Xəsarət alanlar 1988-ci il təvəllüdlü Hüseynov Elvin Əkrəm oğlu və 1990-cı il təvəllüdlü  Ələkbərov Vüsal İlqar oğludur. 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

İstinad edildi: APA

FACEBOOK ŞƏRH YAZ