Səbail rayonunda ev yanıb

Hadisə14-02-2020, 12:21 58 dəfə oxunub
Səbail rayonunda ev yanıb

Bakıda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, paytaxtın Səbail rayonunda ümumi sahəsi 54 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və taxtadan ibarət dam örtüyü 35 m² sahədə yanıb. 

Evin qalan hissəsi yanğından mühafizə olunub. 

YPX.AZ