Hadisə / Manşet

8 cinayətin üstü “isti izlər”lə açıldı

9
2-12-2019, 14:51

Gün ərzində törədilmiş 8 cinayətin üstü “isti izlər”lə açılmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 8 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunmuşdur.

Axtarışda olduğuna görə ümumilikdə 11 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 7 nəfər ölmüş, 3 nəfər xəsarət almışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilmişdir.
Cinayət törətməkdə şübhəli bilinən 13 nəfər saxlanılmışdır.

01.12.2019

YPX.AZ

FACEBOOK ŞƏRH YAZ