Hadisə

Bakı-Sumqayıt yolunda ağır qəza: 2 yaralı - VİDEO

10
2-12-2019, 15:25

Bakı – Sumqayıt yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YPX.AZ, Baku.tv-yə istinadən xəbər verir ki, qəza avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Ford” markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi əks yola çıxaraq "Ceyranbatan” su anbarının mühafizə zolağına aşıb.

Hadisə nəticəsində maşında sıxışıb qalan sürücü ətrafdakı insanların köməyi ilə oradan çıxarılıb.

Xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

FACEBOOK ŞƏRH YAZ