Hadisə

DİN Şəmkirdə 5 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb

4
2-12-2019, 15:46

Daxili İşlər Nazirliyi (DİN) Şəmkirdə baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-dən APA-ya verilən məlumata görə, dekabrın 1-də saat 20 radələrində Şəmkir şəhəri ərazisində şəhər sakinləri T.Abdıyevin idarə etdiyi “Mitsubishi Pajero” və Vüqar Orucovun idarə etdiyi “VAZ-21013” markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ” markalı avtomobilin sürücüsü və sərnişinlərindən qardaşı Dilqəm, onun arvadı Rəsmiyyə, qızı Nübar, həmyerlisi Hədiyyə Əliyeva hadisə yerində ölüblər. Daha 1 sərnişin və digər sürücü xəstəxanaya yerləşdirilib.

Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

YPX.AZ

FACEBOOK ŞƏRH YAZ