Ağstafada avtomobil aşıb, yaralılar var

Hadisə25-03-2020, 17:36 157 dəfə oxunub
Ağstafada avtomobil aşıb, yaralılar var

Ağstafa rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası başverib.

YPX.AZ xəbər verir ki, Ağstafa rayon Düzqışlaq kənd ərazisində "VAZ" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə sürücü və 2 sərnişin yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Qəza zamanı xəsarət alanlar: 

- Qazax rayon sakini, 1959-cü il təvəllüdlü Cahangir Məhəmmədəli oğlu Həsənov

- Gəncə şəhər sakinləri, 1976-cı il təvəllüdlü Gülnarə İbrahim qızı Eyvazova 

- 1975-ci il təvəllüdlü Elnarə Namaz qızı Nəsibova

Hər üçünün vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, aşan avtomobil taksi olub.

Faktla bağlı araşdırma aparılır.

İstinad edildi: Report