Mayın 4-də Kürdəmirdə baş verən yol qəzasında ölənlərin sayı 7 nəfərə çatıb

Hadisə / Manşet20-05-2020, 15:03 5 670 dəfə oxunub
Mayın 4-də Kürdəmirdə baş verən yol qəzasında ölənlərin sayı 7 nəfərə çatıb

Mayın 4-də Kürdəmir rayonu ərazisində baş verən ağır yol qəzasında yaralanan şəxs xəstəxanada vəfat edib.

YPX.AZ xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd edək ki, mayın 4-də saat 11 radələrində Kürdəmir rayonunun Sorsor kəndi ərazisində Muradxan kənd sakini C.Piriyevin idarə etdiyi “Nissan” və İmişli rayon sakini A.Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə A.Kərimovun sərnişinləri - bacıları Mehbarə, Aygün, oğlu Qorxmaz və qohumu Aylin hadisə yerində ölüb, özü və digər sərnişinləri R.Kərimova və Arzu Hətəmova, habelə digər sürücü və sərnişinləri - arvadı Ş.Piriyeva, oğlanları Kənan və Sabir xəstəxanaya yerləşdirilib, A.Hətəmova və Sabir orada ölüblər.

İstinad edildi: APA