Kəmaləddin Heydərovun avtomobili qəzaya düşdü, avtomobil alovlandı

Hadisə / Manşet20-05-2020, 19:07 6 993 dəfə oxunub
Kəmaləddin Heydərovun avtomobili qəzaya düşdü, avtomobil alovlandı

Bu gün günorta saatlarında Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun xidməti avtomobili qəzaya düşüb.

YPX.AZ xəbər verir ki, hadisə zamanı nazir Heydərov özü də avtomobildə olub.

Avtoqəzada iştirak edən digər maşının markası “Maserati” imiş. Bildirilir ki, mühafizəçilər dərhal naziri başqa bir maşına əyləşdirərək hadisə yerindən uzaqlaşdırıblar. Qısa zamanda nazirliyin avtomobili alovlanıb.

Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.

İstinad edildi: Bizimxəbər