Kəmaləddin Heydərovun düşdüyü qəzanın GÖRÜNTÜLƏRİ yayıldı - VİDEO

Hadisə / Manşet21-05-2020, 10:43 2 361 dəfə oxunub
Kəmaləddin Heydərovun düşdüyü qəzanın GÖRÜNTÜLƏRİ yayıldı - VİDEO

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

YPX.AZ xəbər verir ki, hadisə ötən gün Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində qeydə alınıb.

“Mercedes” markalı, 90-AA-900 dövlət nömrə nişanlı avtomobillə “Maserati” markalı maşın toqquşub.

Yayılan videolardan görünür ki, “Mercedes”in sürücüsü qırmızı işıqda keçib. Nəticədə, qəza baş verib.

Qeyd edək ki, qəza törədən avtomobil Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun xidməti maşını imiş.

Hadisə zamanı nazir avtomobildə olub. Mühafizəçilər dərhal K.Heydərovu digər maşına əyləşdirərək, hadisə yerindən uzaqlaşdırıblar.