Prospektdə idarəetməni itirən sürücü "Camaro"nu maneəyə çırpdı - VİDEO

Hadisə / Manşet4-06-2020, 21:37 2 224 dəfə oxunub
Prospektdə  idarəetməni itirən sürücü "Camaro"nu  maneəyə çırpdı - VİDEO

Prospektdə idarəetməni itirən sürücü qəza törətdi.

YPX.AZ xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, Heydər Əliyev mərkəzinin yaxınlığında baş verib.

Belə ki, 99 VS 047 dövlət qeydiyyat nişanlı "Chevrolet Camaro" markalı avtomobilin sürücüsü idarəetməni itirərək avtomobili yol kənarındakı dəmir maneələrə çırpıb.

Qəza nəticəsində avtomobilə ciddi ziyan dəyib, xəsarət alan yoxdur.

Hadisə yerinə Yol Patrul Xidməti əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.