“AL Market”dən oğurluq edən şəxs tutuldu

Kriminal / Manşet1-07-2020, 10:51 356 dəfə oxunub
“AL Market”dən oğurluq edən şəxs tutuldu

Bakıda mağazada oğurluq hadisəsi baş verib.

YPX.AZ xəbər verir ki, hadisə mayın 14-də Binəqədi rayonu DSK yolunda yerləşən “AL Market”də qeydə alınıb.

Belə ki, naməlum şəxs satıcının fikrini yayındırmaqla 138 manatlıq tütün məmulatları oğurlayıb.

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1970-ci il təvəllüdlü Vüqar Kərimov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

//Report