Gömrükçülər qanunsuz xarici valyuta keçirilməsinin qarşısını alıb - FOTO

Kriminal1-07-2020, 11:30 244 dəfə oxunub
Gömrükçülər qanunsuz xarici valyuta keçirilməsinin qarşısını alıb - FOTO

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları xarici valyutanın ölkənin gömrük sərhəddindən bəyan etmədən keçirilməsinin qarşısını alıblar. 

Bu barədə YPX.AZ-a DGK-ya istinadən xəbər verir.

İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstana gedən " Mercedez-Benz Atego" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub. Bu zaman vətəndaş idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda köynəyə bükülü halda gömrük nəzarətinə bəyan edilməyən 22 400 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.