Bandotdel-dən növbəti uğurlu ƏMƏLİYYAT

Kriminal / Manşet16-09-2020, 13:48 789 dəfə oxunub
Bandotdel-dən növbəti uğurlu ƏMƏLİYYAT

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları Bərdədə qətl törədən şəxsin evində silah-sursat aşkarladı.

Bu barədə YPX.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 12-də Bərdə rayon sakini M.Camalovu qətlə yetirməkdə şübhəli bilinən qrupun digər üzvü X.Musazadə saxlanılıb.

Onun Şorəlli kəndindəki evinin həyətindən “AKM” markalı avtomat, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar edilərək götürülüb.

Sizin üçün tövsiyə olunan video: