Kriminal

Zaqatala sakini başından bıçaqlandı

7
14-02-2020, 11:23

Zaqatalada 28 yaşlı kişi həmkəndlisi tərəfindən bıçaqlanıb.

YPX.AZ xəbər verir ki, fevralın 13-də saat 23:00 radələrində rayonun Qandax kənd sakini, 1992-ci il təvəllüdlü Fərid Nəsrullah oğlu Süleymanov başında kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə daxil olub. 

Müayinə və ilkin araşdırma zamanı F.Süleymanovun şəxsi münaqişə zəminində həmkəndlisi 1989-cu il təvəllüdlü Elnur Bəhram oğlu Kərimov tərəfindən bıçaqlandığı məlum olub.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

İstinad edildi: APA

FACEBOOK ŞƏRH YAZ