Kriminal

Ağcabədidə marixuana satan şəxs tutuldu - FOTO

3
2-12-2019, 13:34

Ağcabədi rayonunda narkotik maddə satan şəxs tutulub.

Ağcabədi rayon polis şöbəsindən Oxu.Az-ın Qarabağ üzrə bölgə müxbirinə verilən məlumata görə, şəhər sakini Quliyev Samir Natiq oğlunun qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması, üzərində və evində narkotik vasitələr saxlaması barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Keçirilmiş əməliyyat zamanı Samir Quliyev saxlanaraq rayon polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman bir ədəd kibrit qutusunda narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Daha sonra S.Quliyevin yaşadığı Həzi Aslanov küçəsində yerləşən mənzilə baxış keçirilib.

Yataq otağında yerləşən paltar dolabından 10 ədəd kibrit qutusunda qablaşdırılmış ümumi çəkisi 39.46 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı rayon polis şöbəsinin istintaq bölməsində Azərbaycan Respublikasının CM-nin 234.2 maddəsi ilə cinayət işi başlanıb, ibtidai istintaq davam etdirilir.

YPX.AZ

Ağcabədidə marixuana satan şəxs tutuldu - FOTO









FACEBOOK ŞƏRH YAZ