Kriminal

18 maşın oğurlayaraq satan avtosalon işçiləri həbs olundu – 396 minlik ziyan

17
2-12-2019, 14:10

Rusiyanın Sankt-Peterburq şəhərində polis, işlədikləri avtosalondan 18 avtomobili oğurlayaraq satan iki şübhəlini həbs edib. Avtosfer.az xəbər verir ki, keçən həftə avtosalonlardan birinin nümayəndəsi polis şöbəsinə şikayətlə müraciət edərək, Primorsk rayonunun Optikov küçəsində yerləşən diler mərkəzinin avtodayanacağında növbəti siyahıyaalma zamanı 18 ədəd “Skoda” markalı minik avtomobilinin əksik olduğunu və dəyən ziyanın ümumi dəyərinin 15,2 milyon rubl (396 min Azn) təşkil etdiyini bildirib. Bundan sonra asayiş keşikçiləri avtosalonda satış meneceri kimi çalışan 35 yaşlarında iki işçini şübhəli şəxs qismində saxlayıb.

Müstəntiqlərin ilkin versiyasına görə, şübhəlilər avtomobilləri həftə ərzində avtodayanacağın ərazisindən çıxarıblar və saxta sənədlərlə satıblar.

Həbs edilən şəxslər barəsində 4 maddə üzrə cinayət işi açılıb.

Hazırda polis oğurlanaraq satılmış maşınları axtarır.

YPX.AZ

FACEBOOK ŞƏRH YAZ