Kriminal

Bakıda kafedə silahdan atəş açıldı: Yaralı var

14
2-12-2019, 17:14

Bakı şəhər sakini odlu tüfəngdən açılan atəşdən yaralanıb.

YPX.AZ, Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsi məlumat yayıb.

Bildirilib ki, hadisə noyabrın 30-da saat 1 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən kafelərin birində baş verib.

İki nəfər xuliqanlıq zəminində odlu silahdan açdıqları atəşlə Bakı şəhər sakini F.Zeynalovun əl nahiyəsinə xəsarət yetirib. Xəsarət alan F.Zeynalova xəstəxanada ilkin tibbi yardım göstərilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən paytaxt sakinləri O.Quliyev və E.Babayev saxlanılıb.

E.Babayevdən cinayətdə istifadə etdiyi “Winchester” markalı tüfəng götürülüb.

FACEBOOK ŞƏRH YAZ