Deputat Erkin Qədirli hesabat verdi

Manşet / Cəmiyyət1-08-2020, 15:17 10 212 dəfə oxunub
Deputat Erkin Qədirli hesabat verdi

Qurban bayramı ilə əlaqədar deputatlara əmək haqqından əlavə 549 manat ödəniş ödənilməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Millət vəkili Erkin Qədirli də məsələyə öz münasibətini bildirib və aşağıdakı statusu öz "Facebook" profilində paylaşıb. 

"Söhbət açılıbsa, tam hesabatımı yazım. 

Mart-avqust aylarında (maaş + bayram payları + məzuniyyət haqqı) təxminən 20 min manat almışam. Ortalama, aya 3.3 min alınır. Maaşdan başqa gəlirim yoxdur.

Xərclərim:

1) 4,000 (çeşidli xeyriyyə işləri - heç birisi hökumətin təşəbbüsü və ya kommersiya layihəsi olmayıb);
2) 2,400 (anamın evində təmir işləri);
3) 1,500 (maşınımı bir neçə dəfə təmirə aparmalı oldum - 13 il sürürəm onu, istər-istəməz orasını-burasını düzəltmək lazım gəlir);
4) 1,000 (saytın qurulmasına verdim - hələ açmamışam);
5) başqa xərclər (komunal, benzin, çeşidli xəbər və analitik saytlarda abunə haqları, ərzaq və s.)

Bu statusun yazıldığı anda maaş kartımda 9,860 manat 59 qəpik var.

Hesabat dövründə heç bir əmlak əldə etməmişəm. Yalnız, doğum günümdə dostlar Çin istehsalı olan 1  smartfon (Xiaomi), 1 kostyum, 1 köynək və 1 qalstuk bağışlayıblar."