iPhone avtomobil açarına çevrilə bilər

Maraqlı23-06-2020, 13:05 992 dəfə oxunub
iPhone avtomobil açarına çevrilə bilər

iPhone smartfonları avtomobil açarı kimi də istifadə oluna biləcək.

YPX.AZ xəbər verir ki, bu barədə “Apple” şirkəti iyunun 11-də keçirilən Ümumdünya İxtiraçılar Konfransı (Worldwide Developers Conference) zamanı bildirib.

Belə ki, iOS 13 və iOS 14 əməliyyat sistemlərilə təchiz edilmiş smartfonlar vasitəsilə avtomobili açıb-bağlamaq mümkün olacaq.

İlkin olaraq bu funksiyanın yalnız “Tesla” şirkətinin “Model 3” elektromobillərində və yeni “BMW5” avtomobillərində tətbiq ediləcəyi bildirilir. Gələcəkdə isə elektron açar funksiyasının bütün tip avtomobillərə şamil ediləcəyi nəzərdə tutulur.

//Report