Dünyanın ən sürətli kompüteri bəlli oldu

Maraqlı23-06-2020, 13:45 1 009 dəfə oxunub
Dünyanın ən sürətli kompüteri bəlli oldu

Yaponiyanın RİKEN Tədqiqatlar İnstitutuna məxsus Kobe şəhərindəki Hesablama Elmi Mərkəzindəki “Fugaku” super kompüteri dünyanın ən sürətlisi elan edilib.

YPX.AZ xəbər verir ki, bu barədə “Top 500” beynəlxalq layihənin ekspertləri bildiriblər.

Onlar sözügedən cihazın həmçinin sənayedə tətbiqi, süni zəka, böyük rəqəmlərin təhlili kimi üç göstəricidə də üstün olduğunu diqqətə çatdırıblar. Bununla da ABŞ və Çin cihazlarının ta 2011-ci ilindən bu yana davam edən liderliyinə son qoyulub.

“Fujitsu” şirkəti ilə RİKEN ekspertləri tərəfindən ərsəyə gətirilən “Fugaku” super kompüteri saniyədə 415 kuadrilyon (415.000.000.000.000.000) hesablama əməliyyatı yerinə yetirmək gücündədir. Bu da ABŞ Tennessi ştatındakı Oak Ridc Milli Laboratoriyasındakı əvvəl birinci yerdə olmuş
“Summit System” super kompüterindən 2,8 dəfə artıqdır.

Bu nailiyyəti şərh edən RİKEN prezidenti Hiroşi Matsumoto bildirib: “Yeni super kompüterin sürətlə yanaşı daha bir mühüm üstünlüyü enerji qənaətcilliyidir. Biz ondan ilk növbədə dünyanın ən böyük süni zəka bazası kimi istifadə etmək fikrindəyik”.

Qeyd edək ki, may ayında Kobedəki mərkəzə gətirilmiş “Fugaku” super kompüterinin tam gücü ilə gələn ilin aprel ayından işə düşəcəyi gözlənilir.

//Report