Maraqlı

Bu şəkil hərracda 12 milyon dollara satılıb - VİDEO

22
5-10-2019, 12:26

Küçə rəssamı olan Benksinin Böyük Britaniya parlamentini lağa qoyan "Devolved Parliament" adlı şəkli rekord 9,9 milyon funt sterlinq' (təxminən $12,2 milyon) satılıb.

Ypx.az xəbər verir ki, bu barədə "Sotheby's" hərrac evinin saytına məlumat yerləşdirilib.

Şəklin alınması ilə bağlı hərrac 13 dəqiqə davam edib və yekun qiymət 5 dəfə dəyişib. Benksi sənət əsəri ilə rekord miqdarda gəlir əldə edib.

Buna qədər rəssamın "Ləkəsizlik" adlı əsəri 2008-ci ildə 1,9 milyon dollara satılmışdı.

FACEBOOK ŞƏRH YAZ