Təyyarə yanacaq daşıyan avtomobillə toqquşdu - FOTO

Xarici xəbərlər / Manşet1-08-2020, 12:32 422 dəfə oxunub
Təyyarə yanacaq daşıyan avtomobillə toqquşdu - FOTO

Moskvanın “Şeremetyevo” hava limanında yanacaq daşıyan yük maşını “Aeroflot”a məxsus  “Airbus A321” təyyarəsi ilə toqquşub.

YPX.AZ xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb.

Toqquşma anında təyyarənin göyərtəsində ekipaj üzvləri və sərnişinlər olmayıb.

İnsident nəticəsində bir nəfər - yanacaq daşıyan yük avtomobilinin sürücüsü xəsarət alıb.





//Oxu.Az