Avtomobili insanların üzərinə sürdü, xeyli sayda yaralı var

Xarici xəbərlər1-08-2020, 14:44 408 dəfə oxunub
Avtomobili insanların üzərinə sürdü, xeyli sayda yaralı var

Fransanın şərqində yerləşən Venzel kommunasında sürücüsü idarə etdiyi avtomobili piyadaların üstünə sürüb.

YPX.AZ xəbər verir ki, insident zamanı azı 13 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Rəsmi məlumata görə, hadisə gecə yarısı baş verib. 20 yaşlı gənc bir neçə nəfər dostu ilə bardan çıxaraq, avtomobilinə əyləşib. 

Bu zaman tərəflər arasında mübahisə yaranıb və sürücü gözlənilmədən avtomobili arxaya sürüb, dostlarını və bir neçə piyadanı vuraraq hadisə yerindən uzaqlaşıb.