Polisi girov götürən terrorçu özünü partlatdı - ANBAAN VİDEO

Xarici xəbərlər / Manşet2-08-2020, 15:00 669 dəfə oxunub
Polisi girov götürən terrorçu özünü partlatdı - ANBAAN VİDEO

Polisi girov götürən terrorçu özünü partladıb.

YPX.AZ xəbər verir ki, hadisə Ukraynanın Poltava şəhərində baş verib.

Məlumata görə, Roman Skripnik saxlanılarkən yenə polis əməkdaşını girov götürə bilib və özünü partlatmaqla hədələyib. Kadrlarda görünür ki, snayperin atəşindən sonra polis terrorçudan qaçır və bundan bir neçə saniyə sonra partlayış baş verib.

Ukrayna DİN rəhbəri Anton Qeraşenko hadisə ilə bağlı bildirib ki, terrorçu təslim olacağı təqdirdə uzun illərini dəmir barmaqlıqlar arxasında keçirəcəkdi və o, "öz yolunu seçdi".

Xatırladaq ki, iyulun 23-də Skripnik polis əməkdaşını girov götürərək qumbara ilə hədələmişdi. Danışıqlar zamanı o, avtomobillə təmin edilmişdi, həmçinin girov polis əməkdaşı əyalət polisinin Cinayət axtarış bölməsinin rəisi ilə əvəzlənmişdi.
"Voyennıy obozrevatel" "Telegram" kanalının məlumatına görə, hadisə Ukraynanın Poltava şəhərində baş verib.
Sonra terrorçu girovla birlikdə Kiyevə tərəf yollandı. Yolda o, maşını ataraq meşəyə tərəf qaçmışdı.

Girov zərər çəkməmişdi.



//Oxu.Az