50 yaşdan yuxarı şəxslərə küçəyə çıxma qadağası tətbiq ediləcək..

Xarici xəbərlər3-08-2020, 08:00 611 dəfə oxunub
50 yaşdan yuxarı şəxslərə küçəyə çıxma qadağası tətbiq ediləcək..

Dünya miqyasında normallaşma çalışmaları yeni başlayarkən koronavirusa yoluxanların sayının yenidən yüksəlməsi İngiltərəni təşvişə salıb.

YPX.AZ xəbər verir ki, İngiltərənin "Times" qəzeti baş nazir Boris Consonun 50 yaş ilə 70 yaş arası şəxslərin küçəyə çıxmasının qadağan olunacağı bir ssenari üzərində çalışma təlimatı verdiyini iddia edib.


Sözügedən xəbərdə hökumətin üzərində çalışdığı iddia edilən plan daxilində koronavirusun paytaxt Londonda və ətrafında sürətlə yüksəlməsi halında ciddi səyahət məhdudiyyətlərinin də tətbiq ediləcəyi bildirilib.

//moderator.az