“YouTube” “TikTok”un analoqunu yaradıb - VİDEO

Xarici xəbərlər / Manşet15-09-2020, 20:25 310 dəfə oxunub
“YouTube” “TikTok”un analoqunu yaradıb - VİDEO

“YouTube” videohostinqi “Shorts” adlı yeni bir xidmətə başlayacaq.

YPX.AZ xəbər verir ki, xidmət musiqili qısa videolar üçün nəzərdə tutulub.

“Shorts” istifadəçiləri yalnız mobil telefondan istifadə edərək kontent yarada biləcəklər. Yeni xidmət bir neçə klipi bir-birinə yapışdırmaq, oxutma sürətini dəyişdirmək və populyar musiqi əlavə etmək imkanı verəcək.


“Shorts” bir növ “TikTok”un analoquna çevriləcək: qısa videolar şaquli olaraq yayımlanacaq və istifadəçilər isə “swipe”ın köməyi ilə onlar arasında keçid edə biləcəklər.

Yeni xidmətin “beta” testi yaxın günlərdə başlayacaq.

“Shorts”u işə salan ilk ölkə Hindistan olacaq, orada “TikTok” bloklanıb.

//Baku TV