“Instagram”da VİDEO paylaşdı, bir neçə dəqiqə sonra öldü - VİDEO

Xarici xəbərlər / Manşet16-09-2020, 12:05 756 dəfə oxunub
“Instagram”da VİDEO paylaşdı, bir neçə dəqiqə sonra öldü - VİDEO

ABŞ-ın Merilend ştatının Kensinqton şəhərinin sakini  özünün “Instagram” hesabından “sportkar”dan görüntüsünü paylaşıb və bundan bir neçə dəqiqə sonra ölümcül qəzaya düşüb.


YPX.AZ xəbər verir ki, məlumata görə, 25 yaşlı Stefani Anjelika Vaskesin yanında olan 35 yaşlı Conatan Çakras da həmin qəzada ölüb.

Qarşı tərəfdən isə üç nəfər yaralanıb.

İlkin məlumatlara görə, Vaskes sürət həddini aşıb.

Qəza zamanı kənarda park edilmiş üç maşına da zərər dəyib.






//Baku TV