Hindistanda yol qəzasında 10 nəfər ölüb - FOTO

Xarici xəbərlər18-11-2019, 15:22 82 dəfə oxunub
Hindistanda yol qəzasında 10 nəfər ölüb - FOTO

Hindistanda ölümlə nəticələnən yol qəzası baş verib.

YPX.AZ-ın xəbərinə görə, bu barədə ANİ informasiya agentliyi məlumat yayıb.

Hadisə bu gün səhər saatlarında Hindistanın şimalında qeydə alınıb. Sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 10 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Qəzanın baş vermə səbəbi hələlik məlum deyil.

Hindistanda yol qəzasında 10 nəfər ölüb - FOTO