Donmuş körfəz avtoxuliqanın köməyinə çatdı - VİDEO

Xarici xəbərlər12-02-2020, 16:44 91 dəfə oxunub
Donmuş körfəz avtoxuliqanın köməyinə çatdı - VİDEO

Rusiyanın Vladivostok vilayətində 37 yaşlı kişi polislərin əmrinə tabe olmayaraq, avtomobili saxlamaqdan imtina edib.

YPX.AZ xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları qanunlara tabe olmaq istəməyən sürücünü tutmaq məqsədi ilə avtomobilin təkərlərinə atəş açsalar da, onu saxlamaq mümkün olmayıb.

Sonda sürücü avtomobili tərk edərək buz bağlamış Amur körfəzi istiqamətinə qaçaraq polislərdən uzaqlaşıb.

Sürücünün axtarışı davam etdirilir.

İstinad edildi: Oxu.Az