Xarici xəbərlər

Qəza səkkiz can aldı

17
13-02-2020, 10:53

Rusiyanın Pskov vilayətində magistral yolda “Volvo” markalı yük maşını ilə “Mercedes” markalı mikroavtobusun toqquşması nəticəsində səkkiz nəfər həlak olub.

YPX.AZ xəbər verir ki, bu barədə TASS Rusiya Daxili İşlər Nazirliyinin bölgədəki mətbuat xidmətinə əsasən xəbər yayıb:

“Sankt-Peterburq-Nevel magistral yolunda Pustoşkinski rayonunun Ruda kəndi yaxınlığında yol nəqliyyat hadisəsi baş verib. İlkin məlumata görə, “Mercedes” markalı mikroavtobus və “Volvo” markalı yük maşınının toqquşması nəticəsində mikroavtobusda olan səkkiz nəfər həlak olub, iki nəfər isə yaralanıb. Yaralananlar yük maşınının sürücüsü və sərnişindir”.

Ölənlərin Ukrayna vətəndaşı olduğu bildirilir.  

Qəzaya səbəb mikroavtobusun əks yola çıxması olub. Hadisə yerində araşdırma aparılır.

İstinad edildi: Oxu.Az

FACEBOOK ŞƏRH YAZ