Türkiyədə yol qəzasında 4 nəfər ölüb, 8 nəfər yaralanıb

Xarici xəbərlər13-02-2020, 12:07 103 dəfə oxunub
Türkiyədə yol qəzasında 4 nəfər ölüb, 8 nəfər yaralanıb

Türkiyədə ölümlə nəticələnən yol qəzası baş verib.

YPX.AZ xəbər verir ki, hadisə İzmir şəhərinin Bergama rayonunda qeydə alınıb.

Qızıl mədəninin işçilərini daşıyan avtobusla yük avtomobili toqquşub. Qəza nəticəsində 4 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

İstinad edildi: APA