Xarici xəbərlər

Meksikada narkokartellə polis arasında atışma olub -14 nəfər öldürülüb

3
1-12-2019, 13:33

Meksikanın şimalındakı Koauila ştatında şənbə günü “Şimal-şərq karteli” cinayətkarlar dəstəsinin üzvləri ilə bələdiyyə polisinin əməkdaşları arasında toqquşmada ən azı 14 nəfər həlak olub.

TASS bildirir ki, bu barədə “Universal” qəzeti regionun qubernatoru Migel Solisə istinadən yazır.

Onun sözlərinə əsasən, öldürülənlərdən 10 nəfəri narkokartelin silahlıları, 4-ü isə asayış keşikçisi olub, 6 polis əməkdaşı isə yaralanıb.

Qeyd edilir ki, döyüş Vil-Yunion bələdiyyəsində baş verib.

Cinayətkarların iri kalibrli silahlar da daxil olmaqla, avtomatlardan istifadə etdikləri bildirilir. Polisə hücumda iştirak edən narkokartel üzvlərinin dəqiq sayı hələ məlum deyil.

YPX.AZ

FACEBOOK ŞƏRH YAZ