Xarici xəbərlər

Tunisdə yol qəzasında 24 məktəbli və tələbə ölüb - VİDEO

4
2-12-2019, 15:33

Tunusdə içərisində 43 sərnişinin olduğu avtobus qəzaya düşüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 19 nəfər yaralanıb, 24 nəfər ölüb.

Tunis Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, ölən və xəsarət alanlar məktəbli və tələbələrdir.

Tunis Prezidenti Keys Said və Baş Nazir Yusif Şahid hadisə yerinə gəlib.

Ölkənin Xalq Deputatları Şurası (Parlament) Daxili İşlər və Səhiyyə nazirliklərinə xilasetmə tədbirlərini nəzarətdə saxlamağı, qəza qurbanlarının ailələrinə maddi və psixoloji yardım göstərilməyi tapşırıb. Səhiyyə Nazirliyi yaralılara görə ölkə üzrə qanvermə aksiyası elan edib.

FACEBOOK ŞƏRH YAZ