Türkiyədə üç azərbaycanlı yol qəzasında öldü - FOTO

Xarici xəbərlər23-05-2020, 16:28 631 dəfə oxunub
Türkiyədə üç azərbaycanlı yol qəzasında öldü - FOTO

Türkiyənin Trabzon vilayətində baş verən yol nəqliyyat hadisəsi nəticəsində üç azərbaycanlı ölüb.

YPX.AZ xəbər verir ki, hadisə Trabzon şəhərindən Of qəsəbəsinə gedən yolda baş verib.

Çay plantasiyasında işləyən azərbaycanlıların olduğu avtomobil yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Nəticədə avtomobildə olan üç həmyerlimiz hadisə yerində ölüb. Qəza nəticəsində avtomobili idarə edən sürücü isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri məlum deyil.

İstinad edildi: Oxu.Az