10 yaşlı qız qarətçini qorxudaraq qaçmağa məcbur etdi - VİDEO

Xarici xəbərlər28-05-2020, 10:59 430 dəfə oxunub
10 yaşlı qız qarətçini qorxudaraq qaçmağa məcbur etdi - VİDEO

ABŞ-ın Kaliforniya ştatının Beykersfild şəhərində 10 yaşlı qız qarətçini qorxudaraq, qaçmağa məcbur edib.

YPX.AZ xəbər verir ki, 10 yaşlı Lola Leturno avtomobildə əyləşərək anasını gözləyirmiş. Bu vaxt yoldan ötən dələduz  qarajın açıq qapısını görərək ora girmək istəyib. Bu an qız özünü maşından ataraq “Rədd ol! Rədd ol, burdan”, - deyə qışqırıb.

Uşağın qəfil reaksiyasından qorxan kişi qaçıb.

Polis dələduzun axtarışlarına başlayıb.

İstinad edildi: Oxu.Az