Xarici xəbərlər

Arvadının park etməsini bəyənməyərək, sükan arxasına keçən kişi avtomobili aşırdı - VİDEO

16
11-12-2019, 14:53

Türkiyənin İstanbul şəhərində arvadının park etməsini bəyənməyən kişi özü sükan arxasına keçib.

“Haber 3”ün məlumatına görə, Kadıköydə qazla əyləcin yerini səhv salan 61 yaşlı kişi idarə etdiyi avtomobili park vəziyyətində olan avtomobillərə çırparaq aşırıb.

Qəza nəticəsində yaralanan sürücü arvadının və yaxınlıqdakı insanların köməyi ilə yanı üstə çevrilmiş avtomobildən çıxarılıb.

Yaralı kişi təcili yardımla xəstəxanaya, avtomobili isə evakuatorla cərimə meydançasına aparılıb.

YPX.AZ

  

FACEBOOK ŞƏRH YAZ