Bakı polisindən YPX əməkdaşlarının kobudluq etməsi ilə bağlı xəbərlərə AÇIQLAMA

Yol polisi / Manşet1-08-2020, 13:45 3 525 dəfə oxunub
Bakı polisindən YPX əməkdaşlarının kobudluq etməsi ilə bağlı xəbərlərə AÇIQLAMA

"Anadolu" agentliyinin Bakı nümayəndəliyinin əməkdaşı Rəsul Rəhimovun yol polisi haqqında iddiaları tərəfimizdən araşdırılıb".

YPX.AZ xəbər verir ki, bunu Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, R.Rəhimov avtomobilini yolun hərəkət hissəsində park etdiyinə görə ərazidə xidmət aparan yol patrul xidməti əməkdaşları tərəfindən ona irad bildirilib: "Qanunun tələbləri, ərazidə sıxlığın aradan qaldırılması üçün görülən tədbirlərlə həmin avtomobil ərazidən uzaqlaşdırılıb. Yaranan analışmazlıq sürücüyə izah olunub. Hər hansı kobudluq və digər qanundankənar hərəkət aşkar olunmayıb, iddialar əsassızdır".

Qeyd edək ki, mediada yol polisinin "Anadolu" agentliyinin Bakı nümayəndəliyinin əməkdaşı Rəsul Rəhimova qarşı kobudluq edilməsi barədə məlumatlar yayılıb.

//Report