Sürücülük hüququ olmadan sərxoş vəziyyətdə avtomobil idarə edən sürücü həbs olundu

Yol polisi / Manşet3-08-2020, 19:58 6 861 dəfə oxunub
Sürücülük hüququ olmadan sərxoş vəziyyətdə avtomobil idarə edən sürücü həbs olundu

Bakı Şəhəri Baş Dövlət Yol Polisi İdarəsindən YPX.AZ saytına verilən məlumata əsasən 3 avqust tarixində YPX əməkdaşları Balaxanı qəsəbəsi istiqamətində 90 EB 528 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə saxlama əmri verib. Məlum olub ki, sürücü Əliyev Xaliq Məhərrəm oğlu avtomobili sürmə hüququ olmadan idarə edir.

Hələ bu azmış ki, sürücünün alkoqolun təsiri altında olduğu da müəyyən edilib.

Hadisə yerində protokol tərtib olunub və Sabunçu rayonu məhkəməsinə göndərilib.

Toplanmış məlumat və sübutlar əsasında sürücüyə 5 sutka inzibati həbs hökmü oxunub.